Ermənistana qaytarılan əsirlərin sayı açıqlandı - RƏSMİ

  07 May 2021    Oxunub :1797
   Ermənistana qaytarılan əsirlərin sayı açıqlandı -    RƏSMİ
"Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeridib.

"Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb", - məlumatda vurğulanıb.

Azvision.az

Teqlər: XİN