Bakıda küçəyə Polad Həşimovun adı verildi

  07 May 2021    Oxunub :2294
 Bakıda küçəyə Polad Həşimovun adı verildi
Bakının Xətai rayonunda küçələrin birinə şəhid Milli Qəhrəman Polad Həşimovun adı verilib.
Azvision.az xəbər verir ki, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

Ölkə üzrə artıq üçüncü küçədir ki, Polad Həşimovun adını daşıyır. Bundan əvvəl Qəbələ rayonunda və Sumqayıt şəhərində Milli Qəhrəmanımızın adı küçəyə verilib.

Azvision.az

Teqlər: Milli-Qəhrəman   Polad-Həşimov