İki hakimə töhmət verildi, birinə irad tutuldu

 İki hakimə töhmət verildi, birinə irad tutuldu
  07 May 2021    Oxunub:2156
Bu gün Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.
Bu barədə Azvision.az -a Şuradan məlumat verilib.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurasında hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.

Azvision.az


Teqlər: Məhkəmə   Hakim   Töhmət  





Xəbər lenti