Nazirliyin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib

Nazirliyin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
  08 May 2021    Oxunub:2396
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturu təkmilləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək, onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub.

Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən, Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.

Azvision.az


Teqlər: Baş-Nazir   Nazirlik  





Xəbər lenti