Rusiyada dörd nəfər yanaraq öldü

  08 May 2021    Oxunub :1329
Rusiyada dörd nəfər yanaraq öldü
Moskvanın Mıtişi rayonunda qaynaq sexində güclü yanğın olub.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yanaraq ölüb.

Yanğının söndürülməsinə 38 yanğınsöndürən və 11 texnika cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə yerindən dörd nəfərin meyiti aşkar olunub.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Yanğın