Armen Sarkisyan seçkilərdə kimi dəstəkləyəcək?
"Son vaxtlar sosial şəbəkələrdə, teleqram kanallarında və xəbər saytlarında Armen Sarkisyanın siyasi məqsədlər güdməsi və müəyyən qüvvələrə himayədarlıq etməsi barədə spekulyasiyalar yayılır. Həmçinin, prezidentin 20 iyun növbədənkənar parlament seçkilərini boykot etməyə çağırdığı bildirilir. Bu məlumatların reallıqla heç bir əlaqəsi yoxdur",- açıqlamada deyilir.
Bəyanatda vurğulanır ki, prezident yalnız ümumdövlət və milli maraqları rəhbər tutur. Konstitusiyada müəyyən edilmiş səlahiyyətlər çərçivəsində öz funksiyalarını yerinə yetirir. O da qeyd edilib ki, Armen Sarkisyan siyasətlə məşğul olmur və siyasətlə məşğul olmaq niyyətində deyil, heç bir siyasi qüvvəni təmsil etmir.
Xatırladaq ki, Ermənistan konstitusiyasına görə, prezidentin siyasi mənsubiyyəti olmamalıdır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArmenSarkisyan







Vaxtında, Aydın, Lazımlı!


