TBMM Latviya parlamentinin "soyqırımı" qərarını pislədi

 TBMM Latviya parlamentinin "soyqırımı" qərarını pislədi
  08 May 2021    Oxunub:2328
Türkiyə Böyük Millət Məclisi (TBMM) Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qərarı ilə bağlı bəyanat yayıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda Latviya parlamentinin 6 may 2021-ci il tarixli qərarının hüquqi əsasının olmadığı vurğulanıb.

"Bu qanunsuz qərarı rədd edir və şiddətlə qınayırıq. Tarixi hadisələr barədə hökm vermək və mühakimə etmək parlamentin vəzifəsi deyil", - bəyanatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TBMM   Türkiyə  



Xəbər lenti