QHT-nin aldığı ianələr barədə yeni qərar

   QHT-nin aldığı ianələr barədə yeni qərar
  08 May 2021    Oxunub:1803
Qeyri-hökumət təşkilatları (QHT) aldıqları ianələrə barədə məlumatları elektron qaydada təqdim biləcək.
Azvision.az -ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, qeyri-hökumət təşkilatları qəbul etdikləri ianə barədə məlumatların təqdim edilməsinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcək. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.


Azvision.az



Teqlər: QHT  






Xəbər lenti