“Təəssüf ki, faşizm ideyaları tamamilə aradan qalxmayıb” - XİN rəhbəri

“Təəssüf ki, faşizm ideyaları tamamilə aradan qalxmayıb” -  XİN rəhbəri
  08 May 2021    Oxunub:2498
Almaniyanın xarici işlər naziri Heyko Mass dünyanı faşizmdən azad edən hər kəsə təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə nazirin İkinci Dünya müharibəsinin başa çatması ilə bağlı Tvitter paylaşımında deyilir.

“Dünyanın faşizmdən qurtuluşu üçün həyatını təhlükəyə atan, fədakarlıq edən hər kəsə təşəkkürümü çatdırıram. Təəssüf ki, bu gün də faşizm ideyaları tamamilə aradan qalxmayıb. Biz hər gün birlikdə demokratiya və azadlığı müdafiə etməliyik”, - deyə nazir bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HeykoMass  



Xəbər lenti