Rusiyada virus qurbanlarının sayı 113 minə çatır

Rusiyada virus qurbanlarının sayı 113 minə çatır
  08 May 2021    Oxunub:1601
Rusiyada son sutka ərzində koronavirusa 8329 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 871 843 nəfərə çatıb.

Rusiyada son bir gündə 370 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 112 992 nəfərdir. İndiyədək 4 488 615 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti