YAP nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər
  08 May 2021    Oxunub:841
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Azvision.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azvision.az


Teqlər: YAP  






Xəbər lenti