Rusiyada Mi-8 helikopteri yoxa çıxıb

 Rusiyada Mi-8 helikopteri yoxa çıxıb
  08 May 2021    Oxunub:1408
Rusiyanın Kamçatka diyarında Mi-8 helikopteri ilə əlaqə kəsilib.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, helikopterdə iki nəfər ekipaj üzvü olub.

Məlumata görə, helikopter kommersiya uçuşu edib. Müəyyən edilmiş vaxtda əlaqədə olmayıb.

Hazırda axtarışlar aparılır. Hadisə yerinə xilasedicilər göndərilib. Helikopterin Yelizovodan Ostrovnoy çayına doğru irəlilədiyi vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mi-8   Rusiya  





Xəbər lenti