DSX-nin PUA-ları düşmənin 290 hədəfini məhv edib - General

   DSX-nin PUA-ları düşmənin 290 hədəfini məhv edib -    General
  08 May 2021    Oxunub:3428
"Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kom­plek­sləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda ida­rəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib".
Azvision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

DSX rəisi bildirib ki, Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümu­nələri göstərib, qalibiyyət dastanı yazıblar.

Azvision.az


Teqlər: DSX   Rəis  





Xəbər lenti