Paşinyan baş prokuroru işdən qovur - Zəngəzur olayı

Paşinyan baş prokuroru işdən qovur -  Zəngəzur olayı
  08 May 2021    Oxunub:2031
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sünikdəki (Zəngəzur – red) məlum hadisələrdən sonra baş prokuror Artur Davtyanı istefaya göndərmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, Paşinyan hesab edir ki, Artur Davtyan və İstintaq Komitəsinin sədri Ayk Qriqoryan məhkəmələrin Sünikdəki etirazçıların həbsinə sanksiyalar verməsi üçün mümkün olan hər şeyi etməyiblər.

"Paşinyan Davtyan və Qriqoryanı vəzifələrindən azad edəcək”, - deyə nəşr qeyd edib.

Xatırladaq ki, ötən ay Nikol Paşinyan Sünik bölgəsinə səfəri zamanı ciddi etirazlarla qarşılanıb. Bundan sonra o, səfəri yarımçıq qoyaraq bölgəni tərk etməyə məcbur olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti