Ölkəmizdə neçə nəfər peyvənd olunub?

 Ölkəmizdə neçə nəfər peyvənd olunub?
  08 May 2021    Oxunub:2487
Azərbaycanda son sutka ərzində 34 856 nəfər vaksinasiya olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 288 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 661 772, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 001 968, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 659 804 nəfərə çatıb.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti