1,8 milyard doza peyvəndin tədarükü üçün müqavilə təsdiqləndi

1,8 milyard doza peyvəndin tədarükü üçün müqavilə təsdiqləndi
  08 May 2021    Oxunub:1702
Avropa Komissiyası Amerika əczaçılıq korporasiyası “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən istehsal olunan 1,8 milyard doza koronavirus peyvəndinin tədarükünə dair müqaviləni təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Ursula fon der Layn məlumat yayıb.

“Avropa Komissiyasının, “BioNTech” və “Pfizer” ilə 2021-2023-cü illər üçün 900 milyon doza vaksinin (üstəgəl ehtiyat 900 milyon doza) tədarükü üçün yeni müqaviləni təsdiqlədiyini elan etməkdən məmnunluq duyuram”, - deyə o bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti