“ABŞ-ın Azərbaycanla bağlı siyasəti dəyişməyib” - Səfirlik

 “ABŞ-ın Azərbaycanla bağlı siyasəti dəyişməyib” -  Səfirlik
  08 May 2021    Oxunub:3378
“ABŞ-ın Azərbaycana dair siyasəti dəyişməyib”.

Azvision.az “Amerikanın səsinə” istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin bildirib.

Səfirlikdən Prezident Co Baydenin Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verməsi barədə qərarına cavab olaraq qeyd edilib:
“2002-ci ildən dəyişən administrasiyalar təhlükəsizlik sahəsində əməkdaşlığa icazə verir və yardım proqramlarını davam etdirmək üçün hər il 907-ci düzəlişin müddətini uzadırdılar. Düzəlişin müddətinin uzadılması dövlət katibi Entoni Blinken tərəfindən təsdiq olunaraq 26 aprel tarixində qüvvəyə minmişdir.

ABŞ-ın Ermənistan və Azərbaycana göstərdiyi yardım, münaqişənin sülh yolu ilə həllinə göstərilən səylərə mane olmamaq üçün diqqətlə izlənilir, regional sabitliyin gücləndirilməsinə yönəlib və ABŞ-ın milli təhlükəsizliyinin marağındadır.

Biz Azərbaycanla, terrorizm və narkotiklərə qarşı mübarizə, mühüm enerji infrastrukturlarının mühafizəsi də daxil olmaqla, bir çox sahələrdə tərəfdaşlıq edirik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan   ABŞ  





Xəbər lenti