Ermənilər Şuşaya görə Paşinyanı ittiham edir

  09 May 2021    Oxunub :1650
 Ermənilər Şuşaya görə Paşinyanı ittiham edir
28 il ərzində mayın 8-ni Azərbaycanın tarixi və əzəli ərazisi olan Şuşanın işğalı günü kimi qeyd edən ermənilər bu dəfə şəhərin azad edilməsini ürəkağrısı ilə xatırlayırlar.
Azvision.az xəbər verir ki, sosial şəbəkələr və erməni mediası ölkənin tanınmış ictimai-siyasi xadimlərinin qəmli notlara köklənən açıqlamaları ilə dolub daşır. Hər kəs bir ağızdan məğlub ölkə rəhbərini, hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı ittiham edir.



“Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyanın fikrincə, Nikol Paşinyan "qələbə günü"nü erməni xalqının əlində aldı.

"Biz 9 mayda nəyi qeyd edəcəyik? Üçqat bayramımızdan yalnız faşizm üzərində qələbə qaldı. Nikol bizdən təkcə Şuşanı deyil, həm də təqvimdə qırmızı rənglə qeyd olunan günü, "qələbə ruhu"nu da oğurladı. Bunun əvəzinə, Nikol erməni xalqı üçün bütün təqvim günlərini qanla qırmızı rəngə bəzədi. O, Ermənistana özünün təqvimini gətirdi. Bizim vəzifəmiz erməni təqviminə qayıtmaqdır. Zəfər günü olmayan bir dövlət, cütlüklərsiz keçirilən toy kimidir", - deyə Tevanyan deyib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Şuşa   Nikol   Qələbə