Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi

 Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi
  08 May 2021    Oxunub:3964
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verilib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmana edilən dəyişiklikdə qeyd olunub.

Fərmana əsasən, Şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) təsdiq edəcək.

Qeyd edək ki, əvvəl şirkətin Nizamnaməsi, Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilirdi.

Azvision.az


Teqlər: DövlətNeftŞirkəti  





Xəbər lenti