Rusiyada ova gedən nazir itkin düşdü

 Rusiyada ova gedən nazir itkin düşdü
  09 May 2021    Oxunub:3023
Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, nazir mayın 7-də ova gedib. 49 yaşlı Muraxovski sonuncu dəfə Bolşeukovsk rayonunun Pospelovo kəndində olub. Daha sonra yoxa çıxıb.

Hazırda nazirin axtarışları davam edir. Hələlik onun harada olması barədə heç bir məlumat yoxdur.



Azvision.az


Teqlər: Rusiya   Nazir  



Xəbər lenti