Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək

Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək
  10 May 2021    Oxunub:2876
Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) milli döyüş təyyarəsi istehsal etmək istiqamətində fəaliyyətini genişləndirib. Bunun üçün təyyarənin ehtiyat hissələrini və mühüm avadanlıqlarının istehsalı ilə məşğul olan qurumlarla əməkdaşlıq ediləcək.
"Anadolu" agentliyinin məlumatına görə, Türkiyədə milli döyüş təyyarəsinin istehsalı 2030-cu ilə planlaşdırılıb. Bildirilib ki, bu sahədə ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) imkanlarından istifadə olunacaq.

Cari ildə TUSAŞ və ASELSAN arasında anlaşma imzalanacağı gözlənilir.

Bundan əlavə, qeyd edilib ki, Türkiyə tam elektron sistemlərlə təchiz olunacaq 5-ci nəsil hərbi döyük təyyarəsi hazırlayan ölkələr sırasında yer alacaq.

Azvision.az


Teqlər: Türkiyə   Təyyarə  



Xəbər lenti