Almaniyada virusdan ölənlərin sayı 85 minə çatır

Almaniyada virusdan ölənlərin sayı 85 minə çatır
  10 May 2021    Oxunub:1389
Almaniyada son sutka ərzində 6922 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, son 24 saatda daha 54 nəfər virusun qurbanı olub.

Epidemiyanın başlanmasından bu günədək Almaniyada 3 527 251 nəfər koronavirusa yoluxub, 84 829 xəstə ölüb. Ümumilikdə isə təxminən üç milyondan çox insan COVID-19-dan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Almaniya  



Xəbər lenti