Lavrov bu gün Bakıya gəlir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması gözlənilir.
“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə yönəldiləcək", - Zaxarova bildirib.
Xatırladaq ki, Sergey Lavrov mayın 5-6-da Ermənistanda səfərdə olub. O, həmkarı Ara Ayvazyan və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: SergeyLavrov







Vaxtında, Aydın, Lazımlı!


