Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib

 Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib
  10 May 2021    Oxunub:3175
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan Azvision.az-a bildirilib ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 93 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



Azvision.az


Teqlər: ANAMA   Mina  






Xəbər lenti