Miqrasiya Xidmətində Heydər Əliyevin xatirəsi anıldı - FOTOLAR

   Miqrasiya Xidmətində Heydər Əliyevin xatirəsi anıldı -    FOTOLAR
  10 May 2021    Oxunub:981
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və kollektivi ulu öndərin xatirəsini yad ediblər.
Azvision.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli liderin büstü önünə əklil qoyulub, ruhuna hörmət və ehtiram ifadə edilib. Gün ərzində pandemiya qaydalarına uyğun olaraq, sosial məsafə saxlanılmaqla Xidmət əməkdaşlarının muzeyə ziyarəti təşkil olunub.







Azvision.az



Teqlər: DMX  






Xəbər lenti