Temperaturla idarə olunan maqnit yaradılıb
“Biz materialın maqnit xüsusiyyətlərini maqnit sahəsini tətbiq etmədən idarə edə bilərik. Bu idarəetməni prinsipcə elektrik gərginliyi və ya cərəyan vasitəsilə həyata keçirmək olar”, - alimlərdən biri İvan Şuller yeni materialın xüsusiyyətləri haqqında danışarkən bildirib.
Hazırda alimlər materialın maqnit xüsusiyyətlərini yalnız lazer şüalanmasının köməyi ilə dəyişməyə nail olublar. 20 dərəcə istilikdə materialın maqnit sahəsinə müqaviməti təxminən beş dəfə dəyişib.
Mütəxəssislər ümid edirlər ki, yeni materialın tədqiqi yeni maqnit daşıyıcılarının yaradılmasını stimullaşdıra bilər. Bundan başqa, oxşar xüsusiyyətlərə malik materialın əsasında yüksək gərginliyə davamlı transformatorların yaradılması da mümkündür.