Ermənistanda virusdan ölənlərin sayı 4249-a çatıb

Ermənistanda virusdan ölənlərin sayı 4249-a çatıb
  10 May 2021    Oxunub:1959
Ermənistanda son sutka ərzində daha 83 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 218 353 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4249-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1041 nəfərdir.

Aktiv xəstələrin sayı 8863 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  



Xəbər lenti