Sabaha olan hava proqnozu açıqlandı
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.
Mayın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdügözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azvision.az
Teqlər: Hava







Vaxtında, Aydın, Lazımlı!


