“İMZA”-çılar Ulu Öndərin məzarını ziyarət ediblər - FOTOLAR

“İMZA”-çılar Ulu Öndərin məzarını ziyarət ediblər -  FOTOLAR
  10 May 2021    Oxunub:3449
“İMZA” - İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyəti, kollektiv üzvləri və könüllüləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda Ümummili Liderimizin məzarını ziyarət ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini, vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”-çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül-çiçək dəstələri qoyulub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra İctimai Birliyin sədri Xəyyam Əsgərov və kollektiv üzvləri, o cümlədən də İMZA könüllüləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim,akademik Zərifə xanım Əlieyavının da məzarını ziyarət edib, onun nurlu xatirəsini yad ediblər.

Daha sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları da ziyarət olunub.









Azvision.az


Teqlər: İMZA  






Xəbər lenti