Paşinyanın kortejində qəza: Xəsarət alan var

   Paşinyanın kortejində qəza:    Xəsarət alan var
  10 May 2021    Oxunub:2919
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın korteji qəzaya düşüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə paytaxt İrəvanda baş verib.

Məlumata görə, “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunub. Qəzanın səbəbi açıqlanmayıb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Qəza  





Xəbər lenti