İtkin düşmüş səhiyyə naziri tapıldı

İtkin düşmüş səhiyyə naziri tapıldı
  10 May 2021    Oxunub:2219
Rusiyanın itkin düşmüş Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. "Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski Baslı kəndi ərazisindəki insanların qarşısına çıxıb. Vəziyyəti yaxşıdır. İndi xəstəxanada müayinə olunur", - məlumatda vurğulanıb.

Polisin verdiyi məlumata görə, 7 mayda Muraxovski Bolşeukovski rayonu Pospelovo kəndi yaxınlığında (Omskdan 270 kilometr aralı) kvadrosikllə ovçuluq bazasından meşə massivinə getdiyi zaman itkin düşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səhiyyənaziri  



Xəbər lenti