Qazilər üçün iftar süfrəsi təşkil olunub
Dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, postmüharibə dövründə onlarla bağlı icra olunan geniş sosial dəstək paketi vurğulanıb. Son illərdə qazilərimiz üçün müasir tələblərə uyğun reabilitasiya infrastrukturunun yaradılmasının onlara qayğının daha bir təzahürü olduğu bildirilib. Qeyd olunub ki, ölkəmizdə ən iri reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatı da bu ilin fevral ayında əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
İftar süfrəsində pansionatda reabilitasiya xidmətləri ilə təmin olunan 30-dan çox qazi iştirak edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


