“Türkiyə ilə düşmənçilik idarə olunmalıdır” - Paşinyan

 “Türkiyə ilə düşmənçilik idarə olunmalıdır” -  Paşinyan
  10 May 2021    Oxunub:2604
Ermənistanın Türkiyə ilə düşmənçiliyi idarəedilən olmalıdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə deyib.

Paşinyan bildirib ki, Türkiyə Ermənistanın düşməni, eyni zamanda qonşusudur:

"Türklərin bizim düşmənimiz olub-olmadığı bəyanatlarla həll olunmur. Bu, tarixi bir həqiqətdir. Lakin düşmənçilik idarə olunmalı, nəzarət altında olmalıdır. Biz bu yolla gedəcəyik. İdarəedilməz düşmənçiliyin təzahürlərinə icazə verilməməlidir. Çünki hər an partlayış baş verə bilər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan   Türkiyə  





Xəbər lenti