Ukrayna səfiri Heydər Əliyev haqqında yazdı

Ukrayna səfiri Heydər Əliyev haqqında yazdı
  10 May 2021    Oxunub:2089
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 98 il əvvəl bu gün anadan olub. Heydər Əliyev yalnız görkəmli bir insan deyil, hər şeydən əvvəl Azərbaycanın müasir tarixini yaratmış, millətin dirçəlişinə töhfə verən və Azərbaycan Respublikasının müstəqilliyini bərpa edən dövlət xadimidir.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” səhifəsində yazıb.

Səfir vurğulayıb ki, Heydər Əliyevin mütərəqqi fikirləri gələcək nəsillər üçün, Azərbaycanın inkişafı üçün güclü vektor yaradıb:

"Heydər Əliyevin uzaqgörən fəaliyyəti həm də Ukrayna ilə qardaşlıq münasibətlərinin genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş və dövlətlərimiz arasında gələcək strateji tərəfdaşlığın əsasını qoymuşdur.

Bu səbəbdən ənənəyə sadiq qalaraq, biz də bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə güllər qoyaraq onların xatirəsini ehtiramla yad etmək üçün Fəxri Xiyabanı ziyarət etdik".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: HeydərƏliyev  





Xəbər lenti