Hərbçi anaları Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO

 Hərbçi anaları Koçaryanı qəbiristanlıqdan qovdular -  VİDEO
  10 May 2021    Oxunub:3276
Ermənistanın sabiq prezidenti, müasir erməni nasizminin ideoloqu Robert Koçaryan Erablur hərbi məzarlığını ziyarət zamanı kəskin etirazla qarşılanıb.
Azvision.az xəbər verir ki, Koçaryan Qarabağ müharibəsində ölmüş erməni hərbçilərin məzarlarını ziyarət etmək istəyib, lakin gözlənilməz etirazla qarşılaşıb.

Əsgər qəbirlərindən birini ziyarət edən qadın ona "Lənətə gəl! Sənə nifrət edirəm!" deyə qışqırıb.

Koçaryan ona cavab vermədən, ərazidən uzaqlaşıb. Sabiq prezidentin oğlu qadınla danışmağa çalışsa da, heç nəyə nail ola bilməyib.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: RobertKoçaryan  





Xəbər lenti