İsraildə prezident seçkisinin vaxtı məlum oldu

İsraildə prezident seçkisinin vaxtı məlum oldu
  10 May 2021    Oxunub:2121
İsraildə iyunun 2-də yeni prezident seçkisi Knessetdə (ölkə parlamenti) keçiriləcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, prezident seçkisi Knesset plenumunda gizli səsvermə yolu ilə həyata keçiriləcək. Seçkilərdə namizəd olaraq iştirak etmək üçün müraciətlər 19 may tarixinədək mümkündür.

Prezidentliyə namizədi ən azı 10 deputatdan ibarət qrup tərəfindən irəli sürülə bilər. Dövlət başçısı Knessetdə gizli səsvermə yolu ilə seçilir. İsrail parlamentində cəmi 120 deputat var.

Hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatır. Qanuna görə, yeni prezidentin seçimi bu tarixdən ən geci 30 gün əvvəl keçirilməlidir. İsrail prezidenti bir dəfə yeddi illik müddətə seçilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti