“TBK” telekanalında Heydər Əliyevlə bağlı film nümayiş olundu - VİDEO

   “TBK” telekanalında Heydər Əliyevlə bağlı film nümayiş olundu -    VİDEO
  11 May 2021    Oxunub:2533
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Rusiya Federasiyasının Krasnoyarsk vilayətində fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin təşkilatçılığı ilə Krasnoyarskın “TBK” telekanalında görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.
Komitədən Azvision.az -a bildirilib ki, beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin rəhbəri Ceyhun Cəfərov xalqımızın Ümummilli Liderinin anadan olmasının 98-ci ildönümü münasibətilə tamaşaçılara təqdim olunan 28 dəqiqəlik “Şəxsiyyətin cazibəsi” (“Обаяние личности”) sənədli filmi mayın 10-da Bakı vaxtı ilə saat 12:00-da nümayiş etdirilib.



Azvision.az


Teqlər: Heydər-Əliyev   Ulu-Öndər   Film  





Xəbər lenti