Parlament ikinci dəfə Paşinyanın namizədliyini qəbul etmədi

Parlament ikinci dəfə Paşinyanın namizədliyini qəbul etmədi
  11 May 2021    Oxunub:2768
Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın ölkənin baş naziri vəzifəsinə irəli sürülmüş namizədliyini qəbul etməyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bununla da parlamentin buraxılma zərurəti yaranıb.

Paşinyanın lehinə 1, əleyhinə 1 deputat səs verib, 76 nəfər bitərəf qalıb, 25 deputat isə səsvermədə iştirak etməyib.

“Bu, o deməkdir ki, Ermənistan konstitusiyasına əsasən, parlament buraxılmalı və yeni seçki keçirilməlidir”, - deyə parlament sədri Ararat Mirzoyan bildirib.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti