Ermənistan parlamenti buraxıldı - Yeni seçki elan olundu

 Ermənistan parlamenti buraxıldı -  Yeni seçki elan olundu
  11 May 2021    Oxunub:2517
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Ermənistanda erkən parlament seçkiləri 20 iyun tarixində keçiriləcək.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclası olub. Deputatlar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.

Azvision.az


Teqlər: Ermənistan   Parlament  





Xəbər lenti