Vaşinqtonda Ümummilli liderin xatirəsi anılıb - FOTO

Vaşinqtonda Ümummilli liderin xatirəsi anılıb -    FOTO
  11 May 2021    Oxunub:3377
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyində mərasim keçirilib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, mərasimdə çıxış edən səfir Elin Süleymanov müasir, müstəqil və suveren Azərbaycanın qurucusu olan Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi, iqtisadiyyatının inkişafı və beynəlxalq nüfuzunun artmasında göstərdiyi misilsiz xidmətləri xatırladıb.

Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən Ermənistanın zəbt etdiyi torpaqlarımızın işğaldan azad edilməsinin bütün Azərbaycan xalqı üçün olduqca əlamətdar hadisə olduğunu qeyd edib. O, Qarabağın, xüsusilə, Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu bildirərək, hazırda onun ruhunun şad olduğunu vurğulayıb.

Mərasimdə iştirak edən ABŞ-dakı Azərbaycan icmasının nümayəndəsi Həbib Azərsina Ulu Öndərin dövlətimiz və xalqımız üçün dahi şəxsiyyət olmasından bəhs edərək, onunla bağlı xatirələrini paylaşıb.

Daha sonra Ümummilli liderin büstü önünə güllər qoyulub, əziz xatirəsi yad edilib.





Azvision.az


Teqlər: Ulu-Öndər   Heydər-Əliyev  





Xəbər lenti