Qəzza bombalandı: 20 ölü, 65 yaralı var

      Qəzza bombalandı:    20 ölü, 65 yaralı var
  11 May 2021    Oxunub:2281
İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində 20 fələstinli həlak olub, 65 nəfər yaralanıb.
Bu barədə Fələstinin Səhıyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölənlərdən 9 nəfəri uşaq, biri qadındır.

Məlumata görə, Şərqi Qüdsdə toqquşmalar davam edir. Qırmızı Aypara Cəmiyyətindən bildirilib ki, bazar gününə keçən gecə İsrail polisi ilə toqquşmalarda 80 fələstinli yaralanıb. Mayın 10-da iğtişaşlar yenidən bərpa olunub. Yaralananların sayı ümumilikdə 331 nəfərə yüksəlib.

İsrail ordusu insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qəzza sektorundan İsrail ərazisinə onlarla raket atılıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS hərəkatının obyektlərinə aviazərbələr endirib.

Azvision.az


Teqlər: İsrail   Fələstin   Qüds  





Xəbər lenti