“Bizdə olan bütün hərbi əsirləri vermişik” - İlham Əliyev

   “Bizdə olan bütün hərbi əsirləri vermişik” -    İlham Əliyev
  11 May 2021    Oxunub:2653
“Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik.

Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”, - deyə dövlət başçısı bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Lavrov  





Xəbər lenti