Slovakiyada “Sputnik V”nin tətbiqinə başlanılır

Slovakiyada “Sputnik V”nin tətbiqinə başlanılır
  11 May 2021    Oxunub:2474
Slovakiyanın keçmiş baş naziri İqor Matoviç ölkəsində koronavirusa qarşı vaksinasiyada Rusiya istehsalı olan "Sputnik V" peyvəndindən istifadə ediləcəyini açıqlayıb.
Azvision.az xəbər verir ki, o, yaxın günlərdə sözügedən vaksinin tətbiqinə başlanacağını deyib.

Slovakiyada sertifikatlaşdırılmış laboratoriyaların olmaması səbəbindən martın 1-də alınan Rusiya peyvəndinin ilk partiyasından 46 ampul sınaq üçün Macarıstana göndərilmişdi. Slovakiya səhiyyə naziri mayın 7-də sınaqların uğurla başa çatdığını və peyvəndin etibarlılıq göstərdiyini bildirib.

Qeyd edək ki, mart ayında Rusiya istehsalı olan “Sputnik V” peyvəndi alınandan sonra Slovakiyanın koalisiya hökumətində mübahisələr yaranıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Slovakiya   Rusiya   Peyvənd  





Xəbər lenti