Türkiyə ordusu şəhid verdi, 4 əsgər yaralandı

   Türkiyə ordusu şəhid verdi,    4 əsgər yaralandı
  11 May 2021    Oxunub:1663
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatını həyata keçirdiyi bölgədə terrorçular tərəfindən türk əsgərlərinə hücum olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, türk əsgərlərindən biri şəhid olub, dördü yaralanıb. Hadisə terrorçuların Türkiyəyə məxsus təchizat konvoyuna hücumu nəticəsində baş verib.

Hücumdan sonra terror qruplaşmalarına aid hədəflər məhv edilib.

Azvision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti