Kazandakı atışmada ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB

Kazandakı atışmada ölənlərin sayı 13-ə çatdı -  YENİLƏNİB
  11 May 2021    Oxunub:5239
Rusiyanın Kazan şəhərində orta məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Hadisə zamanı yaralanan 16 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən əksəriyyətinin məktəbli olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

***
Rusiyada orta məktəbdə silahlı insident baş verib.

Azvision.az xəbər verir ki, Kazan məktəblərindən birində atışma nəticəsində bir müəllim və səkkiz şagird ölüb, dörd nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.



Qeyd edək ki, səhər saatlarında naməlum şəxslərin 175 nömrəli məktəbin yaxınlığında atəş açmaları barədə məlumat yayılmışdı. İlkin məlumatlara görə, atəş açan bir nəfər gəncdir və o, nəzarətə götürülüb. Artıq şagirdlərin məktəbdən evakuasiya edildiyi bildirilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Rusiya   Atışma   Məktəb  





Xəbər lenti