Türkiyədə ən çox yoluxma İstanbulda qeydə alındı

Türkiyədə ən çox yoluxma İstanbulda qeydə alındı
  11 May 2021    Oxunub:1891
Mayın ilk həftəsində Türkiyədə COVID-19 virusuna ən çox yoluxma halı İstanbulda qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir sosial şəbəkə hesabında son bir həftə ərzində Türkiyədə vilayətlərə görə yoluxma statistikasını açıqlayıb. Qeyd olunub ki, hər 100 min nəfər arasında ən çox yoluxma halı 359,99 nəfərlə İstanbulda aşkar olunub. Bu müddət ərzində paytaxt Ankarada hər yüz min nəfərdən 247,68-i COVID-19-a yoluxub.

Ümumiyyətlə isə mayın 1-dən 7-dək Türkiyədə ən çox yoluxma sayı ölkənin İstanbul, Kastamonu, Tekirdağ, Zonquldak, Ərzurum vilayətlərində qeydə alınıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti