Ermənilər Koçaryanın fotosunu yumurta atəşinə tutdular

   Ermənilər Koçaryanın fotosunu yumurta atəşinə tutdular
  11 May 2021    Oxunub:2684
Ermənistanda ölkənin eks-prezidenti Robert Koçaryana qarşı nifrət hissi artmaqdadır.
Azvision.az xəbər verir ki, erməni mediası son günlər cəmiyyətdə Koçaryanın aktiv siyasətə qayıtmasını hiddətlə qarşılayırlar. Bu səbəbdəndir ki, bir neçə gün öncə Yerablru panteonuna gələn Robert Koçaryan burada övladının qəbrini ziyarət edən əsgər anaları tərəfindən qovulub:

"Bir neçə gündür ki, insanlar ölkənin hər yerində Robert Koçaryanın kitabının reklamı gedən plakatları qırmızı boya ilə ləkələdilər, polis bunu kimin etdiyini açıqlamadı. Bu gün isə, Koçaryanla bağlı afişaları korlayanlar artıq videogörüntülərə düşüblər. Eks-prezidentə qarşı nifrət aşılayan bu gənclərin üzləri yayımlanır və açıq çəkilişlər aparılır. Xüsusilə, Nikol Paşinyanın tərəfdarlarından biri olan Rüstəm Avaqyanın "Facebook"da canlı yayım açaraq Robert Koçaryanın şəkilinə-afişaya yumurta atması diqqət çəkir”-,deyə məqalədə yazılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koçaryan  





Xəbər lenti