Paşinyanı aparmaq üçün parlamentə ulaq gətirdilər - VİDEO

 Paşinyanı aparmaq üçün parlamentə ulaq gətirdilər -  VİDEO
  11 May 2021    Oxunub:7108
Ötən gün Ermənistan parlamentinin binasına ulaq (eşşək) bağlayan şəxs saxlanılıb.

Azvision.az xəbər verir ki, polis deputatların və hakimiyyət orqanlarının ciddi narazılığı ilə qarşılanan alçaldıcı hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirib. Bu, Ermənistanın Tavuş rayonunun Açacur kənd sakini 36 yaşlı Sevada Qukasyandır.
Saxlanılan şəxs qəribə davranışını belə izah edib: “Kəndlilərin Zazo adlandırdığı eşşəyi parlamentə ona görə gətirmişdim ki, o Paşinyanı geriyə-gəldiyi yerə, İcevana aparsın”.

Həmçinin bildirilib ki, Sevadanın üzərinə keçirilən baxış zamanı şalvarının cibindən sarı-yaşıl rəngli naməlum toz tapılıb. Hazırda ekspertiza təyin edilib, araşdırma aparılır.



Tural Tağıyev
Azvision.az


Teqlər: Eşşək   Ermənistan   Parlament  





Xəbər lenti