Rusiya qırıcıları Fransa təyyarələrini nəzarətə götürdü

Rusiya qırıcıları Fransa təyyarələrini nəzarətə götürdü
  11 May 2021    Oxunub:2815
Rusiyaya məxsus Su-30 qırıcıları Qara dəniz üzərində xüsusi əməliyyat həyata keçiriblər.
Azvision.az xəbər verir ki, rusiyalı pilotlar iki "Dassault Mirage 2000" qırıcısı və Fransa Hava Qüvvələrinə məxsus bir yanacaq dolduran xüsusi təyyarəni Rusiya sərhədinə yaxınlaşarkən nəzarətə alıblar.

Bu barədə Rusiya mətbuatı Rusiya Qara Dəniz Donanmasına istinadən xəbər yayıb. Məlumatda qeyd edilib ki, Rusiya Federasiyasının dövlət sərhədinin pozulması halı baş verməyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qırıcı   Rusiya  





Xəbər lenti