İsraildə raket zərbəsindən iki nəfər ölüb

İsraildə raket zərbəsindən iki nəfər ölüb
  11 May 2021    Oxunub:2480
İsrailin Aşkelon şəhərinə raket atəşi nəticəsində iki nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Qeyd edilir ki, raket binaya düşüb və iki dinc sakin ölüb.

Qeyd edək ki, HƏMAS bazar günü saat 6-ya kimi İsrailin Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah bölgələrindəki əsgərlərini geri çəkməsi üçün vaxt vermişdi. Bundan sonra Qəzza zolağından İsrailə 150-yə yaxın raket atılıb. Onların çoxu "Dəmir Günbəz" raketdən müdafiə sistemi tərəfindən havada vurulub.

Daha sonra HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam Briqadası", İsraili cavab zərbəsi ilə təhdid edərək əsgərlərini Əl-Əqsa məscidi ərazisindən geri çəkmək üçün iki saat da vaxt qoymuşdu.

Tural Tağıyev
Azvision.az


Teqlər: Raket   İsrail  





Xəbər lenti